...

Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 58-ə yüksəlib

Hadisə Materials 24 İyul 2021 20:01 (UTC +04:00)
Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 58-ə yüksəlib

Bakı. Trend:

Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanlarından bildiriblər.

Məlumata əsasən, daşqınlarda ölənlərin sayı 58 nəfərə çatıb.

Təbii fəlakət nəticəsəində 9,3 milyon sakin ziyan çəkib, 1,1 milyon nəfər təhlükəsiz rayonlara təxliyə olunub. İqtisadi ziyan indiyədək 2,15 milyard təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti