...

İmişlidə birmərtəbəli ev yanıb

Hadisə Materials 5 Avqust 2021 08:55 (UTC +04:00)
İmişlidə birmərtəbəli ev yanıb

Bakı. Trend:

İmişli rayonunun Hacırüstəmli kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqda yığılan ot bağlamaları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti