Bakı. Trend:
Qusar rayonunda minik avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Aşağı Ləgər kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.