...

Bakıda intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 17 Sentyabr 2021 22:38 (UTC +04:00)
Bakıda intihara cəhdin qarşısı alınıb

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti