...

Xaricdə yaşayan narkotacirlərin kuryeri Sarayda yaxalanıb (FOTO/VİDEO)

Hadisə Materials 6 Oktyabr 2021 11:51 (UTC +04:00)
Xaricdə yaşayan narkotacirlərin kuryeri Sarayda yaxalanıb (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunun Saray qəsəbəsində xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha bir şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin şəxs saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən yayınmağa cəhd göstərib.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Ağcabədi rayon sakini Elbrus Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərinə, eləcə də idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 1 kiloqram 40 qram olan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Qeyd edək ki, Elbrus Əliyev saxlanılan zaman müqavimət göstərərək qaçmağa çalışsa da, polis əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində onun tutulması təmin edilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Elbrus Əliyev qonşu ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun təklifi nəticəsində narkokuryerliyə cəlb edilib. Onun əsas məqsədi əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək olub. Elbrus Əliyev ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf ediblər.

Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti