...

Füzuli rayonunda iş yoldaşını öldürən şəxs saxlanılıb

Hadisə Materials 18 Oktyabr 2021 10:01 (UTC +04:00)
Füzuli rayonunda iş yoldaşını öldürən şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Füzuli rayonunda iş yoldaşını öldürən şəxs saxlanılıb.

Füzuli Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, oktyabrın 16-sı saat 22 radələrində Füzuli rayonu ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1981-ci il təvəllüdlü Zamin Mehdiyevin aralarında yaranmış mübahisə zamanı Şükür Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Zamin Mehdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti