...

Cinsi təcavüzlə bağlı cinayət işi İstintaq idarəsinə həvalə edilib

Hadisə Materials 18 Oktyabr 2021 16:25 (UTC +04:00)
Cinsi təcavüzlə bağlı cinayət işi İstintaq idarəsinə həvalə edilib

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

27.07.2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.

Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki,
hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməmiş və istintaqın gedişinə mane ola biləcək məlumatların yayılmaması xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti