...

Tərtərdəki güllələnmə hadisəsi ilə bağlı cinayət işi açıldı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 18 Oktyabr 2021 19:06 (UTC +04:00)
Tərtərdəki güllələnmə hadisəsi ilə bağlı cinayət işi açıldı (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Oktyabrın 18-i saat 17 radələrində Tərtər rayonu Yuxarı Qapanlı kənd sakini 1986-cı il təvəllüdlü Murad Balacayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər Rayon Prokurorluğundan Trend-ə bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1995-ci il təvəllüdlü Ziyadxan Aslanovun aralarında yaranmış mübahisə zamanı Murad Balacayevə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ziyadxan Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

18:25

Tərtər rayon sakini güllələnərək öldürülüb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qapanlı kəndində baş verib.

Belə ki, odlu silahla vurulan kənd sakini Balacayev Murad Yaqub oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

Kənd sakininin Aslanov Ziyadxan Elman oğlu tərəfindən öldürüldüyü bildirilir.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti