...

Bərdə doğum evində ana ölüb

Hadisə Materials 21 Oktyabr 2021 13:41 (UTC +04:00)
Bərdə doğum evində ana ölüb

Bakı. Humay Ağacanova -Trend:

Bərdə doğum evində ana ölümü olub.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, ağır vəziyyətdə Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum evi şöbəsinə gətirilən Bərdə rayon Dalğalar kənd sakini 1990-cı il təvəllüdlü Hüseynova Naibə Mürvət qızı vəfat edib.

Bildirilir ki, N.Hüseynova-nın ölüm səbəbi trompeboliya olub.

Gənc qadın dünən axşam saatlarında kəskin qanaxma ilə xəstəxanaya gətirilib. Erkən hamiləlik dövründə olan qadının dərman qəbul edərək hamiləliyi ləğv etmək istədiyi, bundan sonra qanaxma yarandığı məlum olub.

Əməliyyat zamanı onun vəziyyəti kəskin pisləşib və həkimlərin səyinə baxmayaraq N. Hüseynovanı xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti