...

Şəmkirdə qəzaya düşən avtomobil körpüdən asılı vəziyyətdə qaldı (VİDEO)

Hadisə Materials 18 Noyabr 2021 10:55 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

18 noyabr 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində içərisində bir nəfərin olduğu avtomobilin körpüdən asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1991-ci il təvəllüdlü Rüstəmov Orxan Əvəz oğlunun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobilinin körpü üzərində qəzaya uğradığı və nəticədə vətəndaş içərisində olmaqla avtomobilin körpüdən asılı vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobildən çıxararaq xilas ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti