...

Livanın cənubunda fələstinli qaçqınların düşərgəsində silah anbarı partlayıb

Hadisə Materials 11 Dekabr 2021 00:44 (UTC +04:00)
Livanın cənubunda fələstinli qaçqınların düşərgəsində silah anbarı partlayıb

Bakı. Trend:

Livanın cənubundakı Burj əl-Şimali fələstinli qaçqın düşərgəsində bir neçə güclü partlayış baş verib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, partlayışlara HƏMAS hərəkatına məxsus silah anbarında baş verən yanğın səbəb olub.

Ölənlər barədə məlumat verilmir, 12 nəfər xəsarət alıb, onlardan bir neçəsinin ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Livan ordusu partlayış baş verən ərazini mühasirəyə alıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti