Dəmir yollarında 14 min manatlıq naqil oğurlanıb (FOTO)

Hadisə Materials 15 Dekabr 2021 10:02 (UTC +04:00)

Bakı. Trend:

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin və Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlarının birgə peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəmir yollarında istifadə olunan yüksək gərginlikli, dövlətə məxsus elektrin naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Qaradağ rayon sakinləri İlqar, Azər və Qurban Mövlanov qardaşları cari ilin müxtəlif vaxtlarında dəmir yolunun Kürdəmir və Hacıqabul rayonlarından keçən hissəsində qatarların hərəkəti üçün nəzərdə tutulan, yüksək gərginlikli elektrik naqillərini kəsərək oğurlamış, daha sonra həmin naqilləri bakı şəhərinə apararaq orada satıblar

Dövlətə məxsus, ümumi dəyəri 14.500 manat olan olan elektrik naqillərini oğurlamaqda şübhəli bilinən qardaşlar saxlanılaraq istintaqa təhvil verilib, hazırda həmin şəxslərin digər anoloji cinayətləri törətməsi istisna edilmədiyindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti