...

Cəlilabad sakini qonşusunu güllələyib

Hadisə Materials 15 Dekabr 2021 12:34 (UTC +04:00)
Cəlilabad sakini qonşusunu güllələyib

Bakı. Samir Əli - Trend:

Cəlilabad sakini qonşusunu güllələyib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinə dekabrın 14-də Günəşli kəndində yaşayan C.Allahverənovun evinin həyətində ov tüfəngini təmizləyərkən ehtiyatsız davrandığından açılmış atəş nəticəsində qonşusu F.Məmmədovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib və hadisə yerindən 1 ədəd qanunsuz saxlanılan “İJ-58” markalı ov tüfəngi götürülüb.

F.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərilib. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti