...

Zaqatala sakini qanunsuz heyvan kəsiminə görə məsuliyyətə cəlb edilib

Hadisə Materials 23 Dekabr 2021 14:16 (UTC +04:00)
Zaqatala sakini qanunsuz heyvan kəsiminə görə məsuliyyətə cəlb edilib

Bakı. Çingiz Səfərli - Trend:

Zaqatalada qanunsuz heyvan kəsiminin həyata keçirildiyi müəyyənləşdirilib.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, agentlik əməkdaşlarının yerli icra orqanları ilə birgə keçirdiyi reyd zamanı Zaqatala rayonu, Danaçı kəndində vətəndaş Musayev Yusub Abduxaliq oğlu tərəfindən qanunsuz heyvan kəsiminin həyata keçirildiyi aşkar olunub.

Aşkar edilmiş faktla bağlı vətəndaş Musayev Yusub Abduxaliq oğlu inzibati məsuliyyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti