Bakı. Trend:
Abşeron rayonunda 3 kişi eyni evdə dəm qazından boğularaq ölüb. Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, yanvarın 6-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.
Ölən şəxslərin həmin evdə kirayədə yaşadıqları bildirilir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.