...

Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Hadisə 21 Yanvar 2022 13:20 (UTC +04:00)
Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 74 yaşlı Əliyev Elbrus Şahmar oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Əliyev Cinayət Məcəlləsinin dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə təqsirli bilinib və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun cəzasını şərti hesab edib.

İttihama görə, E.Əliyev vətəndaşları işə düzəltmək adı ilə 3 nəfərdən pul almaqda təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti