...

Bakıda 31 yaşlı kişini qətlə yetirən həyat yoldaşı saxlanıldı

Hadisə Materials 30 Yanvar 2022 20:55 (UTC +04:00)
Bakıda 31 yaşlı kişini qətlə yetirən həyat yoldaşı saxlanıldı

Bakı. Trend:

Suraxanı rayonu, Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb.

Suraxanı rayon prokurorluğundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, zəruri istintaq hərəkətləri və məhkəmə tibb ekspertizası həyata keçirilib.

Hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.

G.Hadızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti