...

“Salfetin içində narkotik verilir” xəbərini yayan şəxs saxlanıldı (VİDEO)

Hadisə Materials 10 Fevral 2022 11:46 (UTC +04:00)
“Salfetin içində narkotik verilir” xəbərini yayan şəxs saxlanıldı (VİDEO)

Bakı. Samir Əli - Trend:

Sosial şəbəkələrdə yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin şəxsin əməlində hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti