...

Ağdaşda yanğın nəticəsində bir nəfər həyatını itirib

Hadisə Materials 22 Fevral 2022 08:39 (UTC +04:00)
Ağdaşda yanğın nəticəsində bir nəfər həyatını itirib

Bakı. Trend:

Ağdaş rayonunun Aşağı Ləki kəndində ümumi sahəsi 234 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 154 m² sahədə yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Həşimova Bəsdə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti