...

Meksikada bir evdə 9 nəfər güllələnib

Hadisə Materials 10 Mart 2022 07:11 (UTC +04:00)
Meksikada bir evdə 9 nəfər güllələnib

Bakı. Trend:

Meksikanın mərkəzindəki Puebla əyalətindəki Atliksko şəhərində fərdi evdə üç qadın da daxil olmaqla doqquz nəfərin güllələnib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, məlumatı yerli rəsmilər təsdiqləyib.

Puebla əyaləti Baş Prokurorluğunun bildirdiyinə görə, sağ qalan bir nəfər ağır vəziyyətdədir, o, baş, ayaq və çiynindən güllə yaraları alıb.

Əyalətin qubernatoru Migel Barbosa mətbuat konfransında qeyd edib ki, bütün dəlillər hadisənin dəstələrarası edam olduğuna işarə edir. O, ilkin araşdırmalara görə, qurbanların hücuma məruz qaldığı evin narkotiklərin yayılması və satışı yeri olduğunu bildirib.

Hadisədən sonra federal, regional və yerli hakimiyyət orqanları birgə əməliyyata başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti