...

Bakıda moped oğruları tutulub

Hadisə Materials 11 Mart 2022 10:41 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində X.Mustafayevə və İ.Məmmədliyə məxsus mopedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Atayev və əvvəllər məhkum olunmuş F.Hacıyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sumqayıt şəhər sakini E.Nurəddinova məxsus həyətyanı sahədən mopedini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini O.Quliyev saxlanılıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti