...

ABŞ-da üç yaşlı uşaq anasına atəş açaraq öldürüb

Hadisə Materials 15 Mart 2022 02:29 (UTC +04:00)
ABŞ-da üç yaşlı uşaq anasına atəş açaraq öldürüb

Bakı. Trend:

ABŞ-da 3 yaşlı uşaq anasına atəş açaraq öldürüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Hadisə İllinoys ştatında baş verib. Çikaqonun yaxınlığında yerləşən Dolton şəhərciyində supermarketin dayanacağında ailə öz avtomobilində olarkən 3 yaşlı uşaq ehtiyatsızlıqdan anasını güllələyib. Qadın təcili olaraq xəstəxanaya çatdırılmasına baxmayaraq orada vəfat edib.

Ailə başçısı silahın ona məxsus olduğunu bildirdikdən sonra polis tərəfindən həb olunub.

Hazırda ona qarşı hər-hansı ittiham irəli sürülmədiyi bildirilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti