...

Bakıda gecə baş verən partlayışın səbəbi açqlandı (FOTO)

Hadisə Materials 3 Aprel 2022 09:33 (UTC +04:00)
Bakıda gecə baş verən partlayışın səbəbi açqlandı (FOTO)

Bakı. Trend:

Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanında, "Goumet" restoranında gecə saatlarında partlayış baş verib.

Trend-ə "Azəriqaz"-dan verilən məlumata görə, Partlayış maye qaz balonunda yaranmış sızma nəticəsində olub.

Bildirilib ki, müəssisənin daxilində propan qaz balonları ( 3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil.

Təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb. Ölən və yaralananlar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti