Bakı. Trend:
Sabirabad rayonunun Ətcələr kəndində ümumi sahəsi 144 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 111 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb