Bakı. Trend:
Sabirabad rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qaratəpə kəndində «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus yarımstansiyanın ərazisində paylayıcı qurğunun 4 ədəd qoruyucu açarı və 4 p.m elektrik kabeli yanıb. Yarımstansiya yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.