...

İtaliyada buzlaqın uçması nəticəsində 15 nəfər itkin düşüb

Hadisə Materials 4 İyul 2022 03:06 (UTC +04:00)
İtaliyada buzlaqın uçması nəticəsində 15 nəfər itkin düşüb

Bakı. Trend:

İtaliyanın Marmolada buzlaqının uçması nəticəsində ən azı 15 nəfər itkin düşmüş hesab olunur.

Trend-in məlumatına görə, bu barədə "ANSA" agentliyi faciə zamanı dağda olan turistlərin sayını dəqiqləşdirən xilasedicilərə istinadən bildirib.

Məlumata əsasən, dayanacaqda 16 avtomobilin qaldığını öyrənmək mümkün olub. Onların sahiblərinin şəxsiyyəti polis tərəfindən müəyyən edilir.

Daha əvvəl altı nəfərin öldüyü, 8 nəfərin yaralandığı barədə məlumat verilib. İtaliyanın baş naziri Mario Draqi həlak olanların ailələrinə başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti