...

Sabirabadda evdə yanğın olub

Hadisə Materials 9 İyul 2022 18:41 (UTC +04:00)

Bakı. Trend:

Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Türkədi kəndində ümumi sahəsi 220 m² olan kürsülü, birmərtəbəli 9 otaqlı evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 260 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik, ümumi sahəsi 20 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı 5 m² sahədə qarsalanıb. Talvarın və köməkçi tikilinin qalan hissəsi, bitişik ümumi sahəsi 25 m² olan digər köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti