Bakı. Trend:
Bərdə rayon Məhkəməsinin qərarı ilə bəraət verilən şəxs həbs edilib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, 10.02.2022-ci il tarixdə Bərdə rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxsə bəraət verilib.
Həmin hökmdən dövlət ittihamçısı tərəfindən 15.02.2022-ci il tarixdə apellyasiya protesti verilib.
Gəncə Apellyasiya məhkəməsinin 20.07.2022-ci il tarixli hökmü ilə protest təmin edilib, sözügedən şəxs təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və dərhal məhkəmə zalında həbs edilib.