...

Ötən həftə Xocavənd, Füzuli və Cəbrayılda 7800 hektara yaxın kol-kos və otlaq ərazi yanıb

Hadisə Materials 25 İyul 2022 13:19 (UTC +04:00)
Ötən həftə Xocavənd, Füzuli və Cəbrayılda 7800 hektara yaxın kol-kos və otlaq ərazi yanıb

Bakı. Trend:

Ötən həftə Xocavənd, Füzuli və Cəbrayılda 7800 hektara yaxın kol-kos və otlaq ərazi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən həftə Xocavənd və Füzuli rayonları ərazisində və Cəbrayıl rayonu istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazilərdə yanğınlar baş verib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar söndürülərək daha geniş sahəyə yayılmasına imkan verilməyib, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğınlardan mühafizə olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos tərəfindən təqdim edilmiş görüntülərə əsasən, yanğınlar nəticəsində ümumilikdə 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti