...

Tülküyə işgəncə verən şəxslər həbs edildi

Hadisə Materials 26 İyul 2022 20:09 (UTC +04:00)
Tülküyə işgəncə verən şəxslər həbs edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, ötən gün vəhşi heyvana (tülkü) qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə videogörüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılmışdı.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Trend-ə bildirib ki, görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini Cəsarət Bayramov və Neftçala rayon sakini Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılmışdılar.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunmuşdu.

Həmin şəxslər saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etmədiklərinə və xuliqanlıq hərəkətlərinə yol verdiklərin görə C.Bayramov və K.Dünyamalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrinə əsasən protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati qaydada 30 sutka həbs edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti