...

Sabirabadda ferma ərazisində yanğın olub

Hadisə Materials 27 Avqust 2022 08:58 (UTC +04:00)

Bakı. Trend:

Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Kovlar kəndində ferma ərazisində ümumi sahəsi 2500 m² olan dəmir konstruksiyalardan ibarət talvarın qamışdan ibarət tavanı 1640 m² sahədə və altına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti