...

Sumqayıtda yaşayış binasında yanğın olub

Hadisə Materials 25 Sentyabr 2022 19:47 (UTC +04:00)
Sumqayıtda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Sumqayıt şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 170 m² olan obyektin elektrik otağında 1 ədəd tənzimləyicisi və 1,5 p.m kabel yanıb. Yüksək temperaturdan 2 ədəd paylayıcı lövhənin plastikdən ibarət üzlüyü əriyib. Obyekt yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti