...

Bakıda qumar borcuna görə tanışını qətlə yetirən şəxsə 9 il cəza verildi

Hadisə Materials 3 Oktyabr 2022 16:52 (UTC +04:00)
Bakıda qumar borcuna görə tanışını qətlə yetirən şəxsə 9 il cəza verildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qumar üstündə qətl törətməkdə təqsirləndirilən Rabil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Qasımov 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında olub.

Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, bu il aprelin 4-ü saat 23 radələrində 40 yaşlı Bəhruz Quliyevin öldürülməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 37 yaşlı Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhruz Quliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
R. Qasımov şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, qətlə yetirilən Bəhruz Quliyev avtoyuma məntəqələrindən birində işləyib, o qumarda Rabil Qasımova pul uduzsa da, uduzduğu məbləği verməyib R. Qasımov da həmin pula görə B. Quloyevo qətlə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti