...

Tərtərdə ağır qəza: 1 nəfər ölüb, 8 nəfər yaralanıb (FOTO)

Hadisə Materials 21 Oktyabr 2022 15:04 (UTC +04:00)
Tərtərdə ağır qəza: 1 nəfər ölüb, 8 nəfər yaralanıb (FOTO)

Tərtər. Trend:

Tərtərdə ağır yol nəqliyyat hadisəsi baş verib. 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Təbriz Cabbarovun idarə etdiyi "Toyota Prius" markalı minik maşını ilə Paşa Sabirzadənin idarə etdiyi "KİA Optima" markalı minik maşını toqquşub.

Zərbənin gücündən Toyota Prius markalı avtomobil yolun kənarında dayanmış rayon sakini Ricay Səmədova məxsus “Mercedes” markalı mikroavtobusa dəyib. Nəticədə Toyotanın sərnişini Xəyal Rüstəmzadə hadisə yerində ölüb, ümumi avtomobillərdə olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti