...

Sabirabadda ər arvadını bıçaqlayıb

Hadisə Materials 21 Oktyabr 2022 21:10 (UTC +04:00)
Sabirabadda ər arvadını bıçaqlayıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 20-si Sabirabad rayonu ərazisində 1996-cı il təvəllüdlü Təhminə İsayevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Asəf İsayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Asəf İsayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti