...

Mingəçevirdə bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Hadisə Materials 11 Noyabr 2022 23:01 (UTC +04:00)
Mingəçevirdə bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti