...

Sərxoş sürücü piyadanı vurub öldürdü

Hadisə Materials 7 Dekabr 2022 09:16 (UTC +04:00)
Sərxoş sürücü piyadanı vurub öldürdü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məmmədov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Araşdırma aparılır.

Qeyd edək ki, N.Məhərrəmov müharibə iştirakçısıdır, qazidir, idarə etdiyi avtomobil qardaşına məxsus olub.

Xəbər lenti

Xəbər lenti