...

Kür çayında naməlum qadın meyiti aşkarlanıb

Hadisə Materials 19 Dekabr 2022 22:02 (UTC +04:00)
Kür çayında naməlum qadın meyiti aşkarlanıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhəri ərazisində Kür çayında naməlum qadın meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, meyitin çaydan çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti