...

Evinin qarşısında qumar mərasimi təşkil edən şəxslər aşkarlanıb

Hadisə Materials 20 Dekabr 2022 10:03 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Evinin qarşısında qumar mərasimi təşkil edən şəxslər aşkarlanıb.

Dİn-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar mərasimi təşkil etdiyi müəyyən olunub.

S.Mehdiyev və orada olan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib.

Qərara əsasən 9 nəfərə 3 min manat inzibati cərimə, mərasimin təşkilatçısına isə 5 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti