...

Rusiyada qocalar evində baş verən yanğında ölənlərin sayı 13-ə çatıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 24 Dekabr 2022 04:03 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Kemerovo şəhərində qocalar evində yanğında ölənlərin sayı 13-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

"Yanğında ölənlərin sayı 13-ə yüksəlib. Hadisə yerində işlər davam edir", - deyə qeyd olunub.

Yanğının söndürülməsinə 80-dən çox canlı qüvvə və 28 texnika cəlb olunub.

Bildirilib ki, yanğına elektrik avadanlıqlarının nasazlığı səbəb ola bilər.

xxx

02:14

Rusiyanın Kemerovo şəhərində qocalar evində baş verən yanğında 11 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə təcili tibbi yardım xidmətindən bildiriblər.

Daha əvvəl doqquz nəfərin öldüyü və ikisinin xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilmişdi. Daha beş nəfərə hadisə yerində kömək göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti