Bakı. Trend:
Gədəbəydə qızıl mədənində mis emalı sexində elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində yanğın baş verib.
Bu barədə DİN-in Gəncə Regional Qrupundan Trend-ə verilən məlumatda deyilir.
Məlumata görə, ümumi sahəsi 2 100 kvadratmetr olan sexin 180 kvadratmetr sahəsində baş verən yanğın zamanı 8 nəfər tüstüdən zəhərlənib.
Belə ki, 1982-ci ildə anadan olmuş Ayaz Ələsgərov, 1986-cı il təvəllüdlü Etibar Nəsibov, 1989-cu ildə anadan olmuş Elburus Alıyev, 1994-cü il təvəllüdlü Füzuli Muxtarov, 1979-cu ildə anadan olmuş Anar Abdullayev, 1983-cü il təvəllüdlü Anar Şirinov, 1994-cü ildə anadan olmuş Yusif Nuriyev və 1979-cu il təvəllüdlü Rafiq Məmmədov zəhərlənmə diaqnozu ilə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyətləri qənaətbəxşdir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından mühafizə Hissəsin texnikası və canlı qüvvələri cəlb olunub.Araşdırma aparılır.