...

Qusar sakini hovuzda boğulub

Hadisə Materials 11 Yanvar 2023 09:21 (UTC +04:00)

Bakı. Trend:

Qusarda bir nəfər hovuza düşərək boğulub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun İmamqulukənd kəndində 1 nəfərin dərinliyi təqribən 3 metr olan hovuza düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 1 nəfərin meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti