...

Kür çayında batan Tovuz sakininin meyiti iki ay sonra tapıldı (FOTO)

Hadisə Materials 4 Fevral 2023 21:34 (UTC +04:00)
Kür çayında batan Tovuz sakininin meyiti iki ay sonra tapıldı (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İki ay əvvəl Kür çayında batan Tovuz rayon sakininin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə açıqlamasında bildirib ki, 2022-ci ilin dekabr ayında Tovuz Rayon Polis Şöbəsinə rayonun Qədirli kənd sakini Eldəniz Məmmədovun Kür çayında batması barədə məlumat daxil olub. Rayonun Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumların iştirakı ilə həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilib.

Nəticədə vətəndaşın meyiti bu gün tapılaraq ekspertizaya təqdim edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti