...

Metrostansiyanın qarşısında anasını qətlə yetirən yeniyetməyə hökm oxundu

Hadisə Materials 14 Fevral 2023 15:15 (UTC +04:00)
Metrostansiyanın qarşısında anasını qətlə yetirən yeniyetməyə hökm oxundu
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində küçədə anasını qətlə yetirməkdə təqsirləndirilən 15 yaşlı İdeal Məmmədzadənin işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Məmmədzadə 5 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, "Neftçilər" metrostansiyasının yaxınlığında baş verib. 15 yaşlı İdeal Məmmədzadə anası, 37 yaşlı Ülviyyə İsmayılovanı bıçaqlayaraq öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və İ. Məmmədzadə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti