...

Bakıda gənc qız itkin düşüb (FOTO)

Hadisə Materials 17 Fevral 2023 12:26 (UTC +04:00)
Bakıda gənc qız itkin düşüb (FOTO)

Bakı. Trend:

Bakıda 20 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, yanvarın 24-də saat 14:00 radələrində qızı 2003-cü il təvəllüdlü Əfsanənin yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri: boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara. Əfsanə evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara cins və qara idman ayaqqabısı olub.

Bu şəxs barəsində hər hansı bir məlumatı olan şəxslərin Xəzər Rayon Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050-257-55-55 012-590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti