...

Bakıda ərzaq mağazasında yanğın olub

Hadisə Materials 5 Mart 2023 15:58 (UTC +04:00)

Bakı. Trend:

Bakıda ərzaq mağazasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 100 m² olan ərzaq mağazasında 1 ədəd soyuducu və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 40 m sahədə əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti