...

Qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Hadisə Materials 9 Mart 2023 14:57 (UTC +04:00)
Qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakı. Trend:

Qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Salyan rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Masallı rayon sakini Etibar Məmmədovun ötən il noyabrın 18-də öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla Müşviq İskəndərovun kəsici-deşici alətlə Etibar Məmmədova çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra sonuncunun avtomobili ilə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan əlavə, Müşviq İskəndərov polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Müşviq İskəndərova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 185.1 (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) və 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti