...

Bakıda 27 yaşlı kişi qətlə yetirildi

Hadisə Materials 10 Mart 2023 07:04 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Martın 9-da saat 22 radələrində Qaradağ rayonu Müşviq qəsəbəsində 1996-ci il təvəllüdlü qəsəbə sakini Elburus Orucovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, araşdırmalarla cinayət əməlini şəxsi münasibətlər zəminində 1987–ci il təvəllüdlü qəsəbə sakini Mehman Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə M.Məmmədov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti