...

Manaf Ağayevin oğlu həbs edilib

Hadisə Materials 13 Mart 2023 20:57 (UTC +04:00)
Manaf Ağayevin oğlu həbs edilib

Bakı. Trend:

Manaf Ağayevin oğlu Müşviq Ağayev həbs edilib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli Trend-ə bildirib ki, Müşfiq Ağayev Səbail rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən təhülkəsizlik kəmərinindən istifadə etmədiyinə görə ona “saxla” əmri verilib.

"Avtomobil saxlanılandan sonra onun spirtli içki təsiri altında avtomobil idarə etdiyi məlum olub. Bu zaman Müşfiq Ağayev yol polisinin qanuni əmrinə tabe olmayıb və onları təhqir edib. Müşfiq Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə protokol tərtib edilib. Bundan başqa o, yol polisini təhqir etdiyi üçün 8-ci Polis Bölməsinə aparılıb. Onun barəsində 510-cu maddə ilə protokol tərtib olunub baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib

Məhkəmə protokolu təmin edib və Müşfiq Ağayev barəsində 5 sutka inzibati həbs qərarı çıxarılıb", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti