...

Bakıda yaşayış binasında yanğın söndürülüb, 1 nəfər tüstüdən zəhərlənib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 29 Mart 2023 23:27 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın söndürülüb, 1 nəfər tüstüdən zəhərlənib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 m² sahədə mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qabyuyan maşın yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

22:59

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

XXX

22:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib k, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti